BAKI, 9 aprel. TELEQRAF
Seulda Türkmənistan və Koreya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistanın Koreyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər ikitərəfli münasibətlərin yüksək səviyyəsini qeyd edərək, bunun inkişafı üçün müntəzəm təmaslar və məsləhətləşmələrin vacibliyini vurğulayıblar. Siyasi-diplomatik əməkdaşlıq, parlamentlərarası əlaqələr və hüquqi bazanın möhkəmləndirilməsi də daxil olmaqla, geniş məsələlər müzakirə olunub.
Məsləhətləşmələr enerji, sənaye tikintisi, gəmiqayırma, su idarəçiliyi, nəqliyyat, infrastruktur və ətraf mühitin mühafizəsi daxil olmaqla, ticari-iqtisadi tərəfdaşlığı əhatə edib.
Həmçinin, aktual regional və beynəlxalq məsələlər, elm, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrində humanitar əməkdaşlığın inkişafı müzakirə olunub.