BAKI, 27 fevral. TELEQRAF

Qırğızıstanın aviaşirkətləri 20 ildən sonra Avropa İttifaqının (Aİ) "qara siyahı"sından çıxarılmağa yaxındır.

Teleqraf xəbər verir ki, bunu ölkə Prezidenti Sadır Japarov respublika müşavirəsində çıxışı zamanı bəyan edib.

Dövlət başçısının sözlərinə görə, ölkə məhdudiyyətlərin aradan qaldırılmasının həlledici mərhələsinə qədəm qoyub:

"Bu addım milyonlarla dollar dəyərində daşımalar bazarına çıxış imkanı yaradacaq və yeni iqtisadi fürsətlər açacaq. Bu məqsədlə ölkə daxilindəki hava limanları modernləşdirilib və uçuşların təhlükəsizliyi üzrə müasir standartlar tətbiq edilib".

Qeyd edək ki, Qırğızıstanın aviaşirkətləri 2006-cı ildən bəri Aİ-nin “qara siyahı”sındadır. Həmin vaxtdan bəri ölkə daşıyıcılarının İttifaq ərazisi üzərindən uçuşları təhlükəsizlik qaydalarına uyğun olmadığı üçün qadağan edilib.