BAKI, 6 yanvar. TELEQRAF

2025-ci ilin yanvar-sentyabr ayları arasında Özbəkistanda ümumilikdə 177 017 nikah qeydə alınıb. Bu nikahlarda qadınların əksəriyyəti 20-30 yaş qrupunda olub.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Milli Statistika Komitəsi məlumat yayıb.

Qeydiyyatdan keçmiş nikahlarda qadınların yaş qruplarına görə bölgüsü belə olub: 20 yaşa qədər 65 078, 20-30 yaş 94 765, 31-40 yaş 13 137 və 41 yaşdan yuxarı 4 037 nəfər.

Beləliklə, 2025-ci ilin ilk 9 ayı ərzində bağlanan nikahlarda qadınların ən böyük payı 20-30 yaş qrupuna düşüb.