BAKI, 24 dekabr. TELEQRAF

Nadir vəhşi pişik növü olan manul Türkmənistanın Kopetdağ və Böyük Balxan bölgələrində yaşayır. Onu təbiətdə görmək olduqca çətindir, manul gecə və ya səhər tezdən ova çıxır, gün ərzində isə yuvasında gizlənir.

Teleqraf xəbər verir ki, bu barədə “Turkmenportal” yazıb.

Nəşr bildirib ki, bu yaxınlarda Kopetdağ Dövlət Təbiət Qoruğunun Doqrıdərə ərazisində, sərhəd zonasında manulla rastlaşma qeydə alınıb. Alimlər bunu heyvanın yayılma arealı və bioekoloji xüsusiyyətlərini daha yaxşı öyrənmək üçün fürsət hesab edirlər.

Manul Türkmənistanın Qırmızı Kitabı (2024), Beynəlxalq Təbiəti Mühafizə İttifaqının qırmızı siyahısı və CITES Konvensiyasına daxil edilib.