BAKI, 22 dekabr. TELEQRAF
Elman Allahverdiyev Dağıstan Respublikasının Dərbənd rayonunun rəhbəri təyin edilib.
Teleqraf xəbər verir ki, bu barədə Dərbənd şəhər administrasiyası məlumat yayıb.
“Dərbənd Rayon Administrasiyasında əlamətdar hadisə baş verib. VI çağırış Dərbənd Rayon Deputatlar Şurasının 37-ci iclası keçirilib. Gündəliyin əsas məsələsi Dərbənd rayonunun yeni rəhbərinin seçilməsi olub. Elman Allahverdiyev yekdilliklə rayonun rəhbəri seçilib”, - Rusiyanın TASS agentliyi bildirib.

Elman Allahverdiyev 1982-ci ildə anadan olub. Son illərdə Dərbənd rayon administrasiyası rəhbərinin müavini vəzifəsini tutub. Bundan əvvəl isə Dərbənd rayon administrasiyasının tabeliyində olan Mənzil-Kommunal Təsərrüfatı İdarəsi və Bələdiyyə Satınalmaları Şöbəsinə rəhbərlik edib.