BAKI, 15 dekabr. TELEQRAF

Özbəkistanın Nepala təyin etdiyi ilk səfiri Sardor Rustamboyev etimadnaməsini ölkə Prezidenti Ramçandra Paudelə təqdim edib.

Teleqraf xəbər verir ki, görüş zamanı tərəflər ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə xüsusi diqqət yetirdilər.

Sardor Rustamboyev Hindistan və Banqladeşdə də səfir vəzifəsini icra edir. Bundan əvvəl o, ölkənin Fransa və Portuqaliyadakı diplomatik nümayəndəliyinə rəhbərlik edib.

Özbəkistan və Nepal arasında diplomatik münasibətlər 2018-ci ildə qurulub.