BAKI, 12 dekabr. TELEQRAF
İran Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində 160 kilometrlik Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün 100 kilometrdən çox yol qət edib.
Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.
“Astara-Rəşt marşrutu ilə bağlı artıq 100 kilometri qət etmişik, bəlkə də ilin sonuna kimi 110 kilometri kimi tamamladıq”, - o bildirib.
Vladimir Putin isə dəqiqləşdirib:
“93 kilometr”.
İran Prezidenti cavabında qeyd edib:
“100 kilometrdən daha çox - 106. Bu məsələni hər həftə izləyirik”.
Məsud Pezeşkian əlavə edib ki, prosesi 2026-cı ilin mart ayına qədər başa çatdırmağı planlaşdırırlar.
Xatırladaq ki, 2023-cü ildə Rusiya və İran Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin birgə tikintisinə dair saziş imzalayıb. Bu layihə Azərbaycan vasitəsilə Bəsrə körfəzi limanlarına fasiləsiz nəqliyyatı təmin edəcək. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Sazişə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti və xidmətlərin göstərilməsini birgə maliyyələşdirəcək. Dəmir yolunun tikintisinin 2026-cı ildə başlaması gözlənilir.