BAKI, 5 dekabr. TELEQRAF
Son beş ildə Mərkəzi Asiyada narkotik cinayətlərinin sayı 83 faiz artıb.
Teleqraf xəbər verir ki, bunu Səmərqənddə keçirilən Narkotiklərlə Mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzinin iclasında Özbəkistan Təhlükəsizlik Şurası katibinin müavini Bahodır Taşmatov deyib.
“Hər il regiondan 90 tona yaxın heroin keçir ki, onun da əhəmiyyətli hissəsi Rusiya və Avropaya yönəldilir. Amma bu gün təhlükə təkcə tranzitlə məhdudlaşmır. Xüsusilə, yerli istehsal zaman keçdikcə artır. Son 5 ildə regionda sintetik narkotik istehsal edən gizli laboratoriyaların sayı 111% artaraq 331-ə çatıb. Əgər 2024-cü ildə Özbəkistanda 5 belə laboratoriya aşkar edilibsə, bu ilin 9 ayında onların sayı 10-a çatıb. Bu, bütün region üçün təhlükənin iki dəfə artmasından xəbər verir”, - B.Taşmatov vurğulayıb.