BAKI, 27 noyabr. TELEQRAF
Türkmənistan baş nazirinin müavini Xocamırat Gəldimıradov Qazaxıstan iqtisadiyyat naziri Serik Jumanqarin ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistanın Beynəlxalq İnformasiya Mərkəzi məlumat yayıb.
S.Jumanqarin bildirib ki, ölkələr arasında ticarət dövriyyəsi son beş ildə dörd dəfə artıb, son iki ildə ardıcıl olaraq 500 milyon dolları keçib. Orta müddətdə bu rəqəmin 1 milyard dollara çatdırılması hədəfi real hesab olunur.
Tərəflər nəqliyyat və logistika layihələrini müzakirə ediblər. Görüşdə Qazaxıstan, Türkmənistan, Əfqanıstan və Pakistan arasında yeni tranzit dəhlizinin yaradılması, Herat-Turqundi dəmir yolu xəttinin tikintisinin başa çatdırılması da müzakirə edilib. Hər iki ölkə nəqliyyat, ticarət və logistika əlaqələrini inkişaf etdirmək niyyətlərini təsdiqləyib.