BAKI, 25 noyabr. TELEQRAF

“Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat və tranzit dəhlizlərinin işini canlandırmaq son dərəcə aktualdır”.

Teleqraf xəbər verir ki, bunu Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdən sonra keçirilən brifinqdə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov deyib.

“Nəqliyyat və logistika qarşılıqlı fəaliyyətimizin strateji istiqaməti hesab olunur. Hazırkı çətin geosiyasi və geoiqtisadi vəziyyətdə Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat və tranzit dəhlizlərinin işini canlandırmaq son dərəcə aktualdır”, - Türkmənistan Prezidenti bildirib.