BAKI, 21 noyabr. TELEQRAF
Qırğızıstan Baş naziri Adılbek Kasıməliyev Böyük Britaniya səfiri Nikolas Bouleri qəbul edib.
Teleqraf xəbər veirir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın cari sahələrini, o cümlədən ticari-iqtisadi əlaqələrin inkişafı, investisiya sahəsində qarşılıqlı fəaliyyət, birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.
Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı daha da gücləndirməyə və davamlı inkişafa yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını bildiriblər.