BAKI, 21 noyabr. TELEQRAF

“Əgər beş il ərzində bütün bu işlər yerinə yetirilməsə və hidroelektrik stansiyalar tikilməsəydi, indi elektrik enerjisi olmayacaqdı, XIX əsrdəki kimi işıqsız qalacaqdıq”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezident Sadır Japarov deyib.

“Stansiyalar 50 il ərzində bir dəfə belə təmir olunmadan 24 saat işləyib. Mən gələndə vəziyyət fəlakət həddinə çatmışdı. Dayanmadan işləyərək dörd il ərzində hər şeyi yeniləmişik. Əgər mən susub gözləsəydim və tikinti işlərini aparmasaydım, elektrik enerjisi yetərli olmayacaqdı, əvvəllər zavod-fabriklər də yox idi və qış günlərində enerjini məcburi olaraq məhdudiyyətlərlə verirdilər. Əvvəllər ölkəyə 14 milyard kilovat-saat elektrik enerjisi lazım idisə, indi 20 milyarda çatıb, 6 milyard əlavə olunub. Amma hələ də enerji çatışmazlığı ilə üzləşirik. 2028-ci ilədək enerji böhranından tam çıxacağıq”, - o bildirib.