BAKI, 21 noyabr. TELEQRAF

Aşqabadda Türkmənistan-Tatarıstan Birgə Ticari-İqtisadi, Elmi-Texniki və Mədəni Əməkdaşlıq üzrə İşçi Qrupunun 10-cu iclası keçirilib.

Teleqraf xəbər verir ki, iclasda ikitərəfli razılaşmaların icrası müzakirə olunub, yeni iş sahələrini müəyyənləşdiriblər.

Türkmənistan və Tatarıstan Respublikası arasında əlaqələrin sabit tərəfdaşlığa əsaslandığı və ən yüksək səviyyədə dəstəkləndiyi vurğulanıb.

Tərəflər ticarət-iqtisadiyyat, neft-qaz, enerji və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Həmçinin nəqliyyat, rabitə və informasiya texnologiyaları, tekstil, kənd təsərrüfatı, ətraf mühit, elm, təhsil, səhiyyə, əczaçılıq, mədəniyyət, idman və gənclər siyasətini xüsusi qeyd ediblər.