BAKI, 10 oktyabr. TELEQRAF

İranın Məşhəd şəhərində Türkmənistan baş konsulu Quvançmırat Atayev İran Xarici İşlər Nazirliyinin yerli nümayəndəliyinin rəhbəri Əhməd Masumifar ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan İnformasiya Mərkəzi məlumat yayıb.

Görüş zamanı Q.Atayev konsul patentinin surətini təqdim edərək rəsmi şəkildə öz vəzifələrinin icrasına başlayıb.

Tərəflər Türkmənistan və İran arasında strateji tərəfdaşlığın sabit inkişaf etdiyini vurğulayıblar. Əməkdaşlığın prioritet istiqamətləri - ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, tranzit potensialından istifadə və nəqliyyat dəhlizlərinin inkişafı müzakirə olunub.

Tərəflər yaxşı qonşuluq münasibətlərini və strateji tərəfdaşlığı möhkəmləndirmək niyyətlərini təsdiqləyiblər.