BAKI, 9 oktyabr. TELEQRAF

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Serbiyanın beynəlxalq iqtisadi əməkdaşlıq naziri Nenad Popoviç ilə görüşüb.

Teleqraf xəbər verir ki, söhbət zamanı iki ölkə arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.

Sənaye kooperasiyası, əczaçılıq, enerji, kənd təsərrüfatı, nəqliyyat, texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Tərəflər iki ölkə arasında sənaye və energetika sahəsində yeni layihələri müzakirə ediblər.