BAKI, 30 sentyabr. TELEQRAF
Qazaxıstanda nadir heyvanların 21 növü siyahıdan çıxarılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan ekologiya və təbii sərvətlər nazirinin müavini Nurken Şərbiyev məlumat verib.
Onun sözlərinə görə, nəsli kəsilməkdə olan heyvanların siyahısının yenilənməsi istiqamətində iş aparılır. Bununla bağlı təhlükənin azalması ilə əlaqədar 21 növ onurğasız heyvanlar siyahıdan çıxarılacaq. Siyahıya onurğasızların 6 (3 xərçəngkimilər və 3 həşərat) və onurğalıların 5 növünün (2 quş və 2 kərtənkələ və 1 məməli) əlavə edilməsi təklif olunur.
“Bu növlərin qorunması prioritet məsələdir. Ölkənin biomüxtəlifliyinin qorunması istiqamətində həyata keçirilən tədbirlər sayəsində bəzi nadir növlərin sayı artıb”, - nazir müavini bildirib.