BAKI, 25 sentyabr. TELEQRAF
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Küveytin vəliəhd şahzadəsi Şeyx Sabah əl-Xalid əl-Sabah yanacaq-energetika sektorunu, nəqliyyat və kommunikasiyaları ikitərəfli əməkdaşlığın prioritet sahələri kimi müəyyənləşdiriblər.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Sərdar Berdiməhəmmədov Türkmənistanın strateji coğrafi mövqeyini və böyük beynəlxalq layihələr üçün imkanlar yaradan zəngin təbii sərvətlərini qeyd edib. Prezident Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və tranzit dəhlizlərini inkişaf etdirməyə, enerji təşəbbüslərini, o cümlədən TAP qaz kəmərinin tikintisini dəstəkləməyə hazır olduğunu bildirib.
Türkmənistan lideri Şeyx Sabah əl-Xalid əl-Sabahı dekabrın 12-də Aşqabadda keçiriləcək beynəlxalq forumda iştiraka dəvət edib.