BAKI, 25 sentyabr. TELEQRAF
Qazaxıstan Mərkəzi Bankı “Solana” və “MasterCard” (ABŞ) ilə əməkdaşlıq çərçivəsində yeni steyblkoin (kriptovalyuta) üçün pilot layihəyə start verib.
Teleqraf xəbər verir ki, qurum verdiyi açıqlamada rəqəmsal aktivləri tənzimləmək üçün yaradılmış xüsusi “Digital Assets Regulatory Sandbox”u (Rəqəmsal Aktivlərin Tənzimləməsi) çərçivəsində steyblkoin layihəsinə start verdiyini açıqlayıb.
Evo (KZTE) adlanan yeni steyblkoin Qazaxıstanın milli valyutası təngə ilə bağlıdır və yerli Avrasiya Bankı tərəfindən satışa çıxarılır. “Solana” və MasterCard” da prosesdə texnoloji dəstək göstərir.
Steyblkoin artıq Mərkəzi Bankın tənzimləmə platformasında istifadəyə verilib və “MasterCard” onu qlobal steyblkoin emitentləri ilə əlaqələndirməyi planlaşdırır.