BAKI, 24 sentyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada keçiriləcək Qlobal Atom Forumunda iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Forumda aşağıdakı ölkələr iştirak edəcək:

Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Myanma Prezidenti Min Aun Xlayn, Ermənistan Baş naziri Nikol Paşinyan, Efiopiya Baş naziri Abiy Əhməd Əli, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Qrossi, o cümlədən Özbəkistan, İran, Misir və Niger nümayəndələri.