BAKI, 24 sentyabr. TELEQRAF

Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiyanı “kağız pələng” adlandırmasına cavab verib.

Teleqraf xəbər verir ki, Amerika liderinin sözləri ilə razılaşmayan rəsmi nümayəndə Rusiyanı “ayı” adlandırıb.

“Rusiya heç bir halda pələng deyil. Axı Rusiya daha çox ayı ilə əlaqələndirilir. Burada “kağızdan ayılar” yoxdur, Rusiya əsl ayıdır”, - Rusiya prezidentinin mətbuat katibi bildirib.