BAKI, 24 sentyabr. TELEQRAF
Yaponiya Baş naziri Siqeru İşiba BMT-nin və xüsusən də Təhlükəsizlik Şurasının öz vəzifələrini tam yerinə yetirmək qabiliyyətini şübhə altına alıb.
Teleqraf xəbər verir ki, o, BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırıb.
“Biz özümüzə sual verməliyik: BMT həqiqətən etməli olduğu şeyi edirmi? Öz funksiyalarını tam yerinə yetirirmi?”, - baş nazir BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxış edərkən bildirib.
İşiba BMT Təhlükəsizlik Şurasında veto sistemini də tənqid edib.
Yaponiya lideri Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayını artırmağı təklif edib: “İndi qətiyyət nümayiş etdirməyin və Təhlükəsizlik Şurasında islahatların həyata keçirilməsinin vaxtıdır”.
Həmçinin o vurğulayıb ki, təkcə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayını artırmaq kifayət etməyəcək: “Amma mən əminəm ki, Təhlükəsizlik Şurasının effektivliyini azaltmadan onun nümayəndələrinin sayını artırmaq mümkündür”.