BAKI, 23 sentyabr. TELEQRAF

“Qırğızıstan geniş sahələr üzrə ciddi mütəxəssis çatışmazlığı yaşayır və Rusiyanın köməyi ilə bunu aradan qaldırmağa ümid edir”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan baş nazirinin müavini Ədil Baysalov Bişkekdə II Rusiya-Qırğızıstan Təhsil Forumunun açılışında bildirib.

“Bu gün lokomotivimiz gücləndikcə, Qırğızıstan üçün həm köhnə, həm də tamamilə yeni olan bir çox mühüm sənayelər dirçəldildikcə, ölkəmiz qıtlığın, kəsirin olduğunu anlayır. Bizə mütəxəssislər lazımdır. Yüksək ixtisaslı mühəndislər, tibb işçiləri və əlbəttə, ən əsası, müəllimlər haqqında danışmaq olar. Gizlətməyə nə ehtiyac var? Biz qırğızlar problemlərimizi ailəmizdən və dostlarımızdan gizlətmirik və siz (Rusiya) bizim ailəmiz və ən yaxın müttəfiqimizsiniz”, - baş nazirin müavini bildirib.