BAKI, 1 sentyabr. TELEQRAF

“BMT rəhbərliyinin islahatları həyata keçirməkdən imtina etməsi ölkələrin təşkilata inamını dönməz şəkildə sarsıda bilər”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Bugünkü mürəkkəb geosiyasi reallıqlarda BMT-ni universal və müstəqil təşkilat kimi dəstəkləməliyik. Həmçinin, BMT-də, ilk növbədə, onun əsas orqanı olan Təhlükəsizlik Şurasında islahatlara ciddi ehtiyac var. Belə bir islahatın mürəkkəbliyini tam başa düşürük, amma başqa yol yoxdur. Əgər rəhbərlik bu vəzifəni yerinə yetirməkdən imtina edərsə, bu, BMT-yə etimadı sarsıda bilər”, - Tokayev qeyd edib.