BAKI, 15 avqust. TELEQRAF
“Rusiya və İran bütün Avrasiya regionunun əlaqəsini təmin edəcək Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzərində fəal işləyirlər”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Baş naziri Mixail Mişustin deyib.
“Nəqliyyat logistikasının inkişafı baxımından biz Şimal-Cənub dəhlizinin inkişafı üçün birgə fəal işləyirik. Bu strateji magistral bütün Avrasiya regionunun əlaqəsini təmin edəcək”, - baş nazir İranın birinci vitse-prezidenti Məhəmmədrza Ariflə görüşündə bildirib.