BAKI, 11 avqust. TELEQRAF

Fevralın 3-də Moskvada “Aliye Parusa” yaşayış kompleksində baş verən və ermənilərdən ibarət “ArBat” qruplaşmasının moskkomandiri Armen Sərkisyanın ölümü ilə nəticələnən aktı kamikadze törədib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FSB) yerli KİV-ə bildirilib.

Qurum kamikadzenin Ukrayna xüsusi xidmət orqanlarına bağlı olduğunu iddia edib. Qeyd edilib ki, akt zamanı üç Rusiya vətəndaşı həyatını itirib.

Xatırladaq ki, Armen Sərkisyan 2025-ci il fevralın 3-də Moskvada öldürülüb. O, Ukraynaya qarşı döyüşən erməni yaraqlılarından ibarət “ArBat” batalyonunun rəhbəri və Donetskdəki separatçı rejimin “Boks Federasiyasının prezidenti” olub.