BAKI, 21 iyun. TELEQRAF

ABŞ-nin 6 ədəd B-2 bombardmançı təyyarəsi ölkə ərazisindən Quam adasına (Cənub-Şərqi Asiya) doğru uçuşa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Təyyarələrin bölgəyə hansı məqsədlə uçması barədə məlumat verilməyib.

İsrail KİV bundan əvvəl bildirmişdi ki, İranın Fordo nüvə obyektini məhv edə bilən nəhəng bombaları daşıya bilən ən azı 2-3 ABŞ B-2 bombardmançı təyyarəsi təxminən bir saat əvvəl Missuri ştatındakı Uaytman hərbi hava bazasından havaya qalxıb.

“The New York Times” bundan əvvəl yazmışdı ki, yerin 80 metr dərinliyində yerləşən Fordonu yalnız ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında olan və başqa ölkələrə satışı qadağan olan 13 000 kiloqramlıq GBU-57 (MOP) bombası ilə məhv etmək mümkündür. Bombanın özəlliyi ondan ibarətdir ki, bunları yalnız B-2 strateji bombardmançıları daşıya bilir. İsrailin belə bir silahı yoxdur.