BAKI, 17 iyun. TELEQRAF
İran yaxın saatlarda İsrailə hücumlarını artıracaq.
Teleqraf xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının bəyanatında bildirilib.
“Yaxın saatlarda sionist rejimin hədəflərinə hücumlar intensivləşəcək. düşmən bilməlidir ki, Silahlı Qüvvələr, xüsusən də ordunun quru qanadı müasir və qabaqcıl silahlardan istifadə etməklə, yeni şiddətli hücumlar dalğasına başlayır və yaxın saatlarda bunun daha da güclənəcəyi gözlənilir", - bəyanatda deyilir.