BAKI, 29 may. TELEQRAF
“Dünyanın böyük ölkələri bütün ölkələrin ərazi bütövlüyünə hörmət prinsipinə sadiq olduqlarını bir daha təsdiqləməlidirlər və hamı BMT Nizamnaməsinə riayət etməyə və ona seçici yanaşmalardan çəkinməyə borcludur”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astana Beynəlxalq Forumunun plenar iclasında çıxışı zamanı deyib.
“Böyük dövlətlər sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına, eləcə də bütün ölkələrin ərazi bütövlüyünə hörmətin əsas prinsipinə sadiqliklərini bir daha təsdiqləməlidirlər. Biz hamımız BMT Nizamnaməsinə qəti surətdə riayət etməliyik, onun əsas prinsiplərinə qərəzli və seçici yanaşmalardan qaçmalıyıq”, - dövlət başçısı bildirib.