BAKI, 25 oktyabr. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə nazirlik "X" hesabında paylaşım edib.

"Azərbaycan Qazaxıstanla tərəfdaşlığını yüksək qiymətləndirir və dostluq əlaqələrimizin daha da möhkəmlənməsini səbirsizliklə gözləyir", - paylaşımda qeyd edilib.