BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında bu gün Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 12-ci Zirvə görüşü ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda deyilir:
“Qəbələ Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşünə ev sahibliyi edir.
12-ci Zirvə görüşü “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunub. Bu gün təhlükəsizlik bütün ölkələr üçün əsas narahatlıq və ən prioritet məsələ olaraq qalır.
Türk dünyası bizim ortaq ailəmizdir və getdikcə qlobal güc mərkəzinə çevrilir”.
Gabala Hosts the 12th Summit of the Organization of Turkic States. The 12th Summit is dedicated to the theme of Peace and Security. Today, security remains a key concern and top priority for all nations.
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 7, 2025
Turkic World is our common family and emerging as a global center of power. pic.twitter.com/stRSMVdILJ