BAKI, 15 sentyabr. TELEQRAF
Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Bakının erməni-daşnak işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə Nazirliyinin "X" hesabında paylaşım edilib.
"Bakının düşmən işğalından azad olunmasının 107-ci ildönümü mübarək olsun.
Nuri (Killigil) Paşanı və onun komandanlığı altında döyüşən Qafqaz İslam Ordusunun qəhrəman şəhid və qazilərini rəhmət, minnətdarlıq və ehtiramla yad edir, Azərbaycan türkü qardaşlarımızı bu xüsusi gün münasibətilə səmimi qəlbdən təbrik edirik.
Necə ki, 107 il əvvəl olduğu kimi, bu gün də Azərbaycan türkü qardaşlarımızla bir ürək, bir yumruq olaraq yolumuza davam edəcəyik",- paylaşımda deyilir.