BAKI, 15 sentyabr. TELEQRAF
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Bakının erməni-daşnak işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə Nazirliyin "X" hesabında paylaşım edilib.
"Bakının işğaldan azad edilməsinin 107-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi arzularımızla təbrik edirik. Müstəqillik uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmət, minnət və ehtiramla yad edirik", - paylaşımda qeyd edilib.