BAKI, 14 avqust. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Qardaş Pakistan xalqını və hökumətini 79-cu Müstəqillik Günü münasibətilə səmimi təbrik edirik. Yaşasın Pakistan! Müstəqillik gününüz mübarək!",- paylaşımda deyilir.