BAKI, 9 iyul. TELEQRAF

ABŞ səfirliyi Azərbaycan diplomatlarının peşə bayramı münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə Azərbaycanın xarici siyasətini irəli aparan bütün diplomat həmkarlarımızı təbrik edir, mühüm fəaliyyətlərində davamlı uğurlar arzulayırıq".