BAKI, 27 avqust. TELEQRAF

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilir.

Teleqraf xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ilk və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı, yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir.

Müraciətlər 3 sentyabr, saat 18:00-a qədər qəbul olunacaq.