BAKI, 6 iyun. TELEQRAF

Həcc ziyarətindəki zəvvarlardan ibarət ilk təyyarə Azərbaycana qayıdıb.

Bunu Teleqraf-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri deyib.

O bildirib ki, ilk zəvvar təyyarəsində 180 nəfər olub.

"Bu gün ikinci zəvvar təyyarəsi isə yerli vaxtla 15:50-də Bakıya yola düşəcək. 165 nəfərlik təyyarə axşam saatlarında Bakıya çatacaq", - Vüsal Cahangirli vurğulayıb.