BAKI, 5 iyun. TELEQRAF

Azov dənizində azərbaycanlıların da olduğu yük gəmisi pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, gəmi kapitanlarından birinin əslən Neftçala rayonundan Rəcəb adlı şəxsin olduğu bildirilir.

Onun taleyi ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Teleqraf hadisə zamanı zərər görmüş gəmidən görüntülər əldə edib. Görüntülərdə hücumdan sonra gəmidə yaranan dağıntılar və ekipaj üzvlərinin yaşadığı gərgin anlar əks olunub.

Xatırladaq ki, 2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində “Natra” və “Zirkon” quru yük gəmilərinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı xəbəri yayılıb. Hücumlar nəticəsində beş nəfərin həlak olduğu deyilir.

Həlak olmuş dənizçilər dövlət xətti ilə deyil, könüllü xidmətdə olublar.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi yük gəmilərinin vurulması nəticəsində beş Azərbaycan vətəndaşının həlak olduğunu, üçünün yaralandığı barədə açıqlama yayıb.