BAKI, 4 iyun. TELEQRAF

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərində dünyaya gələn ilk körpənin valideynlərinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəliyində vəzifə verilib.

Teleqraf-ın Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev Qarabağa təşkil edilən mediaturda jurnalistlərə açıqlamasında deyib.

İ.Quliyev bildirib ki, valideynlər Abdullayev Abbasa Xankəndidə ADSEA-nın Qarabağ Su Regional İdarəsinin İstehsalat şöbəsinin Abonent xidmətləri şöbənin rəisi, Səadət Namazlıya isə Texniki istehsal və istismar şöbəsinin mühəndisi vəzifələri həvalə olunub.