BAKI, 20 may. TELEQRAF

Özünüməşğulluq proqramı çərçivəsində bu il daha 120 nəfər müharibə veteranını biznes planlarına uyğun aktivlərlə təmin edib.

Bu barədə Teleqraf-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı sahələri üzrə kiçik ailə bizneslərini yaradıblar.

Özünüməşğulluq proqramına cəlb edilən şəxslər üçün ilkin mərhələdə biznes təlimləri təşkil edilir. Təlimləri bitirdikdən sonra onlara seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə mal və materiallar formasında aktivlər verilir.