BAKI, 15 may. TELEQRAF
"Xəzər dənizindəki 5.3 bal gücündəki zəlzələ orta güclü zəlzələdir və bu cür zəlzələdən sonra ətrafda layların hərəkətləri, parçalanmalar davam edir".
Teleqraf xəbər verir ki, bunu AMEA nəzdində RSXM-nin baş direktoru, professor Qurban Yetirmişli “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda Konfransda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu cür zəlzələlərdən sonra afterşoklar 5-6 ay davam edir: "Zəlzələ hər gün baş verir, amma onlar xırda təkanlardır".
Q.Yetirmişli Türkiyədəki güclü zəlzələni də xatırladıb:
"Kahramanmaraşda baş verən zəlzələ yəqin ki, binaların tikintisinə baxanlara dərs oldu", - o vurğulayıb.