BAKI, 13 aprel. TELEQRAF
İşğaldan azad edilən ərazilərdə 144 piyada əleyhinə mina aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, 47 tank əleyhinə mina, 1661 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 2052,5 hektar ərazi minalardan təmizlənib.