BAKI, 10 aprel. TELEQRAF
Şirkətin saytında “Aztəsərrüfat” MMC-nin direktoru Aydın Dəmirov qeyd olunsa da, rəsmi məlumatlara görə, qurumun qanuni təmsilçisi Qafarov Məhərrəm Allahverdi oğludur.
Məhərrəm Qafarov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin sabiq rəis müavini, ədliyyə general-mayorudur. O, 2023-cü ildə vəzifəsindən azad olunub.
Qeyd edək ki, sözügedən şirkətin nizamnamə kapitalı 133 milyon manat civarındadır.
11:54
***
Bakının Keşlə qəsəbəsində yerləşən 2.8 milyon manat dəyərində olan ət kəsimi sexi müsadirə edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, 1603.2 kvadrat metr ərazisi olan obyekt “Aztəsərrüfat” MMC-yə məxsusdur.
Şirkətin rəsmi saytına əsasən, qurumun Baş direktoru Aydın Dəmirovdur. Müsadirə səbəbi ilə bağlı şirkətlə əlaqə saxlasaq da, qeyd olunan nömrəyə zəng çatmayıb.
Qeyd edək ki, “Aztəsərrüfat” MMC 2016 -cı ildən fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisəsində emalından ibarətdir.