BAKI, 16 mart. TELEQRAF

"Son 5 ildə 29 min 500 ton karton təkrar emala göndərilib".

Teleqraf xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təşkil olunan mediatur zamanı qurumun şöbə müdiri Orxan Cabbarov deyib.

O bildirib ki, son 5 il ərzində təkrar emala göndərilmək məqsədilə 29 min 500 ton karton çeşidlənib:

“Bu isə 500 mindən çox ağacın kəsilməsinin qarşısını almağa imkan verib”.

Orxan Cabbarov əlavə edib ki, 3 min 700 ton plastik və 2 min 800 ton şüşə tullantı da təkrar emala yönləndirilib.