BAKI, 6 mart. TELEQRAF

“İndiyədək keçirilmiş “Yüksəliş” müsabiqələri geniş ictimai maraqla qarşılanıb və hər mövsüm artan iştirakçı sayı ilə diqqət çəkib”.

Teleqraf xəbər verir ki, bu sözləri gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev altıncı müsabiqə ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, birinci müsabiqədə 11 760 nəfər qeydiyyatdan keçmiş və yekunda 27 qalib müəyyənləşdirilib:

“İkinci müsabiqədə 12 299 nəfər iştirak edib, 22 nəfər qalib adını qazanıb. Üçüncü mövsümdə 13 474 namizəd qeydiyyatdan keçib və 22 nəfər qalib seçilib. Dördüncü “Yüksəliş” müsabiqəsində 15 877 nəfər qeydiyyat mərhələsini uğurla tamamlayıb, 25 nəfər qalib olub. Beşinci mövsümdə isə 16 553 nəfər qeydiyyatdan keçib və 20 nəfər müsabiqənin qalibi elan edilib”.

O qeyd edib ki, indiyədək müsabiqənin 116 qalibi olub və onların 80-ə yaxınının vəzifəsi yüksəlib.