BAKI, 27 fevral. TELEQRAF
"Qlobal məskunlaşma böhranına son qoymalı və hamı üçün təhlükəsiz, adekvat yaşayış yerləri təyin edilməlidir".
Teleqraf xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Bilik və Təbliğat Bölməsinin direktoru Edlam Yemeru Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, hazırda qlobal məskunlaşma çox ciddi böhran halındadır.
"10 il öncə 2016-cı ildə dünya üzrə yeni şəhərsalma gündəliyi qəbul olunmuşdu. Artıq 10 il keçib və irəliləyişləri, boşluqları analiz etməliyik.
Bakıdakı bu forum çox önəmlidir. Növbəti 10 il üçün yeni şəhərsalma gündəliyi təyin ediləcək. Növbəti 4 illik fəaliyyət bəyan ediləcək. Hamı üçün hər yerdə yaşayış yerlərinin təminatı məsələlərinə fokuslanacağıq. Kiminsə evinin olmaması böyük faciədir. Buna görə forum bu məsələyə fokuslanacaq", - BMT rəsmisi vurğulayıb.