BAKI, 25 fevral. TELEQRAF
“Azərbaycanda çayların su ehtiyatları ilk dəfə olaraq sinergetik yanaşmadan və hidroloji kodlaşdırmadan istifadə etməklə qiymətləndirilib”.
Teleqraf xəbər verir ki, bunu akademik Arif Həşimov Azərbaycan Milli Elmlər Akademiyanın ümumi yığıncağında deyib.
O bildirib ki, Azərbaycan dünyanın su ehtiyatları ilə az təmin olunmuş regionlarındandır:
“Dünya üzrə adambaşına düşən orta illik su təminatı 25 000 kubmetr olduğu halda, Azərbaycanda bu göstərici tranzit axın nəzərə alınmaqla 3 000 kubmetrdir.
Respublikanın su ehtiyatlarının həcmi 28–32 milyard m³ arasında dəyişir. Quraqlıq illərdə isə bu göstərici 23–27 milyard m³ təşkil edir ki, onun 15 milyard kubmetr tranzit çayların – əsasən də Kür və Araz çaylarının payına düşür. Azərbaycanın yerüstü su ehtiyatlarının 70 faizi isə həmsərhəd ölkələrdə formalaşır”,- o vurğulayıb.