BAKI, 23 fevral. TELEQRAF
Həcc ziyarəti üzrə kvotanın 81%-dən çoxu tamamlanıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O qeyd edib ki, qeydiyyat martın 7-də başa çatacaq.
"Adətən insanlar qeydiyyat üçün orucluqdan sonrakı vaxtı gözləyirlər. Amma gözləməsinlər, çünki martın 7-dən sonra vaxt uzadılmayacaq. Vətəndaşlar həmin vaxta qədər tələssinlər", - o vurğulayıb.
Qeyd edək ki, Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları müəyyən edilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.