BAKI, 22 fevral. TELEQRAF
Yerli vaxtla saat 05:07-də Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şamaxı rayonunda 3,9 maqnitudada zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.
Təbiət hadisəsi episentrə yaxın yaşayış kəndlərində 3-4 bala qədər hiss olunub.