BAKI, 17 fevral. TELEQRAF
Bu il fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunub.
Teleqraf xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının fətvasında qeyd olunub.
Qeyd edək ki, bu il Ramazan ayının ilk günü fevralın 19-na təsadüf edəcək. Müqəddəs ayın Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə düşür.
Martın 20-si Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.