BAKI, 16 fevral. TELEQRAF

Qərbi Azərbaycanda 740 müsəlman qəbiristanlığının koordinatları müəyyən edilib.

Teleqraf xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Qafqaz Müsəlmanları İdarəsində keçirilən tədbirdə deyib.

O bildirib ki, ümumilikdə 17 mahalı əhatə edən coğrafiyada 500-dən artıq məscidin mövcudluğu müəyyən edilib.

Onun sözlərinə görə, təxminən 300 məsciddən isə heç bir iz qalmayıb.

"Müsəlman dini abidələrinin qorunması məsələsi xüsusi əhəmiyyət daşıyır. İrəvanın Təpəbaşı məscidinin yalnız qalıqları günümüzədək gəlib çatıb, bir çox məscidlər isə tamamilə yer üzündən silinib.

Bir çox qəbiristanlıqlar dağıdılıb, onların üzərindən yollar çəkilib, sənaye və digər obyektlər tikilib, bəzi hallarda isə Azərbaycan qəbiristanlıqlarının yerində erməni qəbiristanlıqları salınıb.

Qərbi Azərbaycan İcması bundan sonra da həmin ərazilərdəki dini və mədəni irslə bağlı həqiqətlərin üzə çıxarılması istiqamətində Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığa hazırdır. Bu istiqamətdə birgə konfransların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur. Qərbi Azərbaycan məsələsi dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə mövqe qətidir”, - o vurğulayıb.